MÜSAHİBƏ

22 Aprel

İrlandiyadan Azərbaycana pul köçürmələrinin həcmi artıb

2024-cü ildə İrlandiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 10,9 milyon ABŞ dolları təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 2,1 milyon dollar və ya 23,8% çoxdur. Beləliklə, ötən il ərzində İrlandiyanın ümumi pul köçürmələri bazarında 1%-lik paya malik olduğu qeyd olunub.

Xatırladaq ki, 2023-cü ildə İrlandiyadan Azərbaycana göndərilən pul vəsaitlərinin həcmi 8,8 milyon dollar təşkil etmişdi.

2024-cü ildə Azərbaycana xarici ölkələrdən daxil olan ümumi pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları olub ki, bu da ötən illə müqayisədə 571,9 milyon dollar və ya 34,6% azalma deməkdir.

Bununla yanaşı, Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 526,8 milyon dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azdır.

Fuad Mədətov
Finss.az