Finss.az - “Agrarco” MMC-yə baş icraçı direktor (CEO) təyin edilib.
Banker.az-ın məlumatına görə, yeni təyin edilən rəhbər Yəhyayev Şahmuraddır.
O, 2024-cü ilin mart ayından bu təyinata qədər “Agrarco” MMC-nin baş maliyyə inzibatçısı (CFO) olub.
Yəhyayev Şahmurad 2006-2010-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq üzrə bakalavr təhsili, 2011-2013-cü illərdə isə Xəzər Universitetində Mühasibat uçotu və audit üzrə MBA təhsili alıb.