MÜSAHİBƏ

21 Aprel

Azərbaycanın daxili və xarici dövlət borcu açıqlanıb

2025-ci il 1 aprel tarixinə Azərbaycanın xarici dövlət borcunun səviyyəsi 5 milyard 75 milyon ABŞ dolları ( illik müqayisədə 7.8% az) olub. Bu dövrdə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib.

Maliyyə Nazirliyindən Finss.az-a verilən məlumata görə, ölkənin daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 18 milyard 1,3 milyon manat ( illik müqayisədə 9.1% çox) olub və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib.

Beləliklə, bu ilin 1 aprel tarixinə Azərbaycanın ümumi dövlət borcu 26 milyard 628,8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3.3% çoxdur.

Fuad Mədətov
Finss.az