2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü illə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azalma deməkdir.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən məlumat yayıb.
Məlumata əsasən, ötən il ən çox pul köçürülən ölkə Türkiyə olub. Fiziki şəxslər bu ölkəyə ümumilikdə 151,8 milyon ABŞ dolları məbləğində vəsait göndəriblər. Bu göstərici 2023-cü illə müqayisədə 5,7 milyon ABŞ dolları və ya 3,9% artım göstərib.
İkinci yerdə 60,4 milyon ABŞ dolları ilə Amerika Birləşmiş Ştatları qərarlaşıb. Bu da əvvəlki illə müqayisədə 1,5 milyon ABŞ dolları və ya 10,3% çoxdur.
Siyahının üçüncü pilləsində isə Rusiya yer alır – bu ölkəyə göndərilən pul köçürmələrinin həcmi 58 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilə nisbətən 16,2 milyon ABŞ dolları və ya 21,8% azalma deməkdir.
Ölkə | Məbləğ (min ABŞ dolları) |
---|---|
Türkiyə | 151 837 |
ABŞ | 60 425 |
Rusiya | 57 988 |
Gürcüstan | 44 987 |
Birləşmiş Krallıq | 28 456 |
Almaniya | 23 259 |
BƏƏ | 14 418 |
Çin | 11 779 |
Kanada | 10 037 |
Qazaxıstan | 8 580 |
Fransa | 7 693 |
Ukrayna | 7 676 |
İspaniya | 6 837 |
İsveçrə | 6 525 |
İtaliya | 5 999 |
Avstriya | 5 724 |
Polşa | 5 620 |
Koreya Respublikası | 5 358 |
Niderland | 4 930 |
Özbəkistan | 4 615 |
Çexiya | 4 443 |
Belçika | 3 660 |
Litva | 3 156 |
İsrail | 2 740 |
Yunanıstan | 2 558 |
Hindistan | 2 462 |
Digər ölkələr | 34 997 |
Fuad Mədətov
Finss.az