MÜSAHİBƏ

17 Aprel

Ceymi Deymon: ABŞ-Çin əməkdaşlığı təcili başlamalıdır

Finss.az - JPMorgan Chase bankının rəhbəri Ceymi Deymon, prezident Donald Trampın ticarət siyasətini sərt tənqid edib və bu siyasətin ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirib.

O, xüsusilə ABŞ-Çin münasibətlərinin gərginləşməsinin bazarlarda qeyri-sabitliyə səbəb olduğunu vurğulayıb.

“Bir il gözləməyə ehtiyac yoxdur. Bu əməkdaşlıq sabah da başlaya bilər,” – deyə Deymon Çinlə təcili əməkdaşlığın vacibliyini dilə gətirib.

Deymonun bu çağırışı Trampın 2 aprel tarixində “qarşılıqlı” rüsumlar tə tbiq etməsi fonunda səslənib. JPMorgan rəhbəri bunun investorlar arasında qeyri-müəyyənlik yaratdığını bildirib: “Bazarlar çox dəyişkəndir, bu isə insanları qorxudur.”

O, həmçinin ABŞ administrasiyasını daha açıq və koordinasiyalı strategiya yürütməyə çağırıb: “Biz nəyi əldə etməyə çalışdığımızı aydın şəkildə anlamalıyıq… və bunu müttəfiqlərlə birlikdə etməliyik.”

Deymon, maliyyə naziri Skott Bessintin rolu ilə bağlı da fikirlərini bölüşüb: “O, yetkin bir insandır… danışıqları aparmalı olan da məhz odur.”