Maliyyə Nazirliyi Azərbaycanın 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Büdcə Çərçivəsini təqdim edib.
Finss.az xəbər verir ki, sənəd Prezidentin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və Nazirlər Kabinetinin “2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” 28 yanvar 2025-ci il tarixli sərəncamına əsasən hazırlanıb.
Ortamüddətli Büdcə Çərçivəsi ölkənin büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini əhatə edir. Sənəddə, həmçinin icmal və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozları, büdcə islahatlarına cəlb olunmuş sektorlarda nəzərdə tutulan proqramların maliyyələşdirilməsi üçün ayrılacaq vəsaitlərin yuxarı hədləri əks olunub.
Fuad Mədətov
Finss.az