MÜSAHİBƏ

16 Aprel

AMB manatlaşmanı təşviq etmək üçün yeni əmsal tətbiq edir - Şahin Mahmudzadə

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildən manatda likvidliyin örtülməsi əmsalını tətbiq etməyi planlaşdırır.

Finss.az xəbər verir ki, bu barədə qurumun baş direktoru Şahin Mahmudzadə məlumat verib.

Onun sözlərinə görə, yeni tənzimləmə vasitəsi xarici valyutada yaranan tələbin qarşılanması əvəzinə milli valyutada tələbin təşviq olunmasına yönəlib. “Əsas məqsəd dollarlaşmanı monitizasiya etmək və bank sektorunda manatlaşma meyillərini gücləndirməkdir”, – deyə Ş. Mahmudzadə qeyd edib.

Mütəxəssislər hesab edir ki, bu addım manat likvidliyinin idarə olunmasını stimullaşdırmaqla yanaşı, maliyyə sabitliyinin gücləndirilməsinə də xidmət edəcək. Likvidliyin örtülməsi əmsalının tətbiqi bankların milli valyutada daha dayanıqlı likvidlik mövqeyi saxlamasına təkan verə bilər.

Xatırladaq ki, son illərdə AMB dollarlaşmanın azaldılması və milli valyutada maliyyələşmənin təşviqi istiqamətində bir sıra mexanizmlər tətbiq edir. Yeni əmsal bu strategiyanın davamı kimi qiymətləndirilir.

Fuad Mədətov
Finss.az