MÜSAHİBƏ

16 Aprel

Qeyri-neft sektorunda vergi artımı 10.7% olub

2025-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) xətti ilə dövlət büdcəsinə daxil olan vergi məbləği 4 milyard 380,6 milyon manata yaxın olub. Bu göstərici, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 98,9 milyon manat və ya 2,3 faiz artım deməkdir.

DVX-in Finss.az-a verdiyi məlumata əsasən, bu dövrdə qeyri-neft-qaz sektorundan daxil olan vergilər 3 milyard 226,4 milyon manatı ötüb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 312 milyon manat və ya 10,7 faiz artım deməkdir.

Ümumilikdə, daxil olan vergilərin 73,7 faizi qeyri-neft-qaz sektorunun, 26,3 faizi isə neft-qaz sektorunun payına düşüb.

Fuad Mədətov
Finss.az