2024-cü ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələrinin həcmi 4,6 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Qeyd olunan rəqəm 2023-cü ilin analoji dövrü ilə müqayisədə 953 min ABŞ dolları və ya 26% artımı əks etdirir. Özbəkistana yönələn köçürmələr ölkənin ümumi pul köçürmələri strukturunda 0,9% paya malik olub.
Digər tərəfdən, 2024-cü ildə Özbəkistandan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitlərinin həcmi 10,96 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 937 min ABŞ dolları və ya 7,9% azalma deməkdir. Sözügedən mənbənin ümumi daxilolmalar üzrə payı 1% olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan Özbəkistana köçürmələrin həcmi 3,7 milyon, Özbəkistandan Azərbaycana isə 11,9 milyon ABŞ dolları səviyyəsində idi.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələri 526,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.
Əvəzində, xarici ölkələrdən Azərbaycana göndərilən pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları olub. Bu isə ötən illə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalma deməkdir.