MÜSAHİBƏ

07 Aprel

İcbari sığorta ilə bağlı cərimə riski insanların sığorta almağa məcbur edir – Emil Ağabağırov

İnsanlar daha çox icbari sığorta növlərini əldə etməyə meyl edirlər. Bunun əsas səbəbi, sığorta edilmədikdə cərimələrə məruz qalma riski ilə əlaqəlidir.

Bu faktı Finss.az-a açıqlamasında sığorta eksperti Emil Ağabağırov bildirib.

Ekspert vurğulayıb ki, psixologiyada belə bir yanaşma mövcuddur: insanlar qorxu və ya hər hansı baş verə biləcək hadisəni duymadığı zaman ona qarşı heç bir davranış sərgiləmir.

E.Ağabağırovun sözlərinə görə, insanlar hiss etmədikləri və ya baş verməyəcəyi düşündükləri hallarda hər hansı bir addım atmırlar. Bu yanaşma xüsusilə icbari sığorta növü ilə bağlı müşahidə edilir.

"İcbari sığorta növünü seçərkən insanlar yalnız cərimə tətbiq ediləcəyi fikri ilə hərəkət edirlər. Onlar düşünürlər ki, indiyə qədər heç bir hadisə baş verməyib – yanğın, partlayış, su basması və ya təbii fəlakətlər olmayıb, buna görə də gələcəkdə də baş verməyəcəyini təxmin edirlər. Lakin bu yanaşma, sığorta növlərinin mahiyyətini başa düşməsələr də, onları digər sığorta növlərini əldə etməyə təşviq edir", - deyə ekspert qeyd edib.

Bu yanaşma sığorta sahəsindəki ictimai düşüncənin daha çox cərimə və təhlükəsizlik amillərinə əsaslanaraq formalaşdığını göstərir.

Fuad Mədətov
Finss.az