MÜSAHİBƏ

07 Aprel

"Peşəkar Mühasib axtarılır!"

Finss.az - Smart Energy Services komandamıza yeni Mühasib axtarırıq!

Əgər mühasibatlıq sahəsində peşəkarsansa və inkişaf yönümlü mühitdə çalışmaq istəyirsənsə, elə indi bizə qoşul!

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil

  • 25-35 yaş aralığında

  • 3-5 il iş təcrübəsi

  • Xanım namizədlərə üstünlük verilir

  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək

  • 1C 8.3 və 8.2 proqramlarında işləmək bacarığı

  • Stressə davamlılıq

  • İFRS və digər mühasibatlıq sahəsində sertifikatların olması üstünlükdür

Vəzifə öhdəlikləri:

  • Bank əməliyyatlarının icrası, qaimə və vergi hesab-fakturalarının hazırlanması

  • Qarşılıqlı hesablaşmalar və üzləşmə aktlarının tərtibi

  • Mühasibat sənədlərinin tamlığı və qorunmasının təmin olunması

  • Vergi orqanları ilə yazışmalar və məktubların nəzarətdə saxlanılması

  • Vergi hesabatlarının hazırlanması və vaxtında təqdim olunması (MDSS, ÖMV, ƏDV, Mənfəət vergisi)

  • Debitor və kreditor borclar, mal qalığı, gəlir və xərclərin uçotu

  • Satış sənədlərinin gündəlik 1C proqramında işlənməsi

  • Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün icrası

Əmək şəraiti:

  • İş rejimi: 5 günlük, 09:00 – 18:00

  • İstirahət günləri: Şənbə və Bazar

  • Əmək haqqı: 1400 AZN

  • Peşəkar və dost mühitdə çalışma imkanı

Müraciət:

Göstərilən tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, CV-lərini e-mail ünvanına göndərsinlər. Mövzu hissəsində “Mühasib” yazmağı unutmayın.

[email protected]

Son tarix 03 may 2025

Yalnız tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.