BİZNES

30 Mart

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 187,6 milyon manatlıq tikinti materialları istehsal edilib.

Bu barədə Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 milyon manat və ya 7,9% çoxdur. Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda 173,9 milyon manatlıq tikinti materialları istehsal olunub.

Bəhs olunan dövr ərzində gips məmulatlarının istehsalı 11,9%, tikinti şüşəsinin istehsalı 13%, asfalt istehsalı isə 27,5% azalıb.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində ümumi dəyəri 1,4 milyard manat olmaqla, əvvəlki illə müqayisədə 16,9% çox məhsul isteshsal edilib.