MÜSAHİBƏ

29 Mart

Azxərbaycanda informasiya və rabitə sahəsində investisiyalar 39,8% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində əsas kapitala 50,1 milyon manat investisiya yönəldilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,3 milyon manat və ya 39,8% çoxdur.

Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə informasiya və rabitə sahəsində əsas kapitala 35,8 milyon manat investisiya yönəldilmişdi.

Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 2,5%-ə bərabər olub.