MÜSAHİBƏ

29 Mart

Azərbaycanda əmtəəlik qaz istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 6,309 milyard kubmetr əmtəəlik qaz istehsal edilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əmtəəlik qaz istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon kubmetr və ya 0,1% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda 6,305 milyard kubmetr əmtəəlik qaz istehsal olunub.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 38,7 milyard kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da, illik müqayisədə 2,3 milyard kubmetr və ya 6,2% çoxdur. 2023-cü ildə istehsal edilmiş əmttəlik qazın həcmi 36,4 milyard kubmetr idi.