MÜSAHİBƏ

24 Mart

Qazaxıstanda yeni gübrə zavodunun tikintisinə başlanır

Finss.az - Qazaxıstan ammonyak və karbamid istehsalı zavodunun tikintisinə başlanır.

Layihə, QazaqGaz və ESTA şirkətinin birgə müəssisəsi olan Qazesta Fertilizers tərəfindən həyata keçiriləcək. Layihənin dəyəri 1,35 milyard dollar təşkil edir. Zavod, Kaspiy dənizi vasitəsilə ixrac üçün əlverişli şərait təmin edəcək olan Maqnistau bölgəsində yerləşəcək. Tikinti 3,5 il ərzində başa çatdırılacaq. Zavodun işə salınması ilə 400 daimi iş yeri yaradılacaq, tikinti prosesində isə 3 min insan işləyəcək.
Hazırda Qazaxıstanda üç növ gübrə istehsal edilir: ammonium nitrat, ammonium fosfat və ammonium sulfat.

Lakin yerli istehsal yalnız 3,2 milyon tonluq ehtiyacın yarısını ödəyir. Yeni karbamid istehsalı layihəsinin həyata keçirilməsi idxaldan asıllığı azaltmağa və ölkənin ərzaq təhlükəsizliyini gücləndirməyə kömək edəcək, həmçinin kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək, deyə forbes yazır