2024-cü ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi investisiyanın 72,4 %-ni təşkil edərək 15524,9 mln. manat olub.
Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, tikinti müəssisələri tərəfindən 2024-cü ildə yerinə yetirilmiş tikinti işlərinin həcmi 14027,3 mln. manat, o cümlədən qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin dəyəri 12522,7 mln. manat, dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin dəyəri 1504,6 mln. manat təşkil edib.
Baş Prokurorluq, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyətindən daxil olmuş müvafiq dövlət sifarişlərinə əsasən, 2024-cü il ərzində ümumilikdə 715 mənzil üzrə alqı-satqı müqaviləsinin bağlanılması təmin edilib.