MÜSAHİBƏ

23 Mart

Kraken NinjaTrader-i 1,5 mld. dollara alır

Finss.az - ABŞ-n ən böyük kriptovalyuta birjası Kraken, məşhur ticarəti platforması NinjaTrader-i 1,5 milyard dollara satın almaq barədə razılığa gəldiyini açıqlayıb.

Bu, kriptovalyutalar və ənənəvi maliyyə bazarlarını birləşdirən ən böyük əməliyyatlardan biri olaraq qiymətləndirilir.

Kraken, bu alqı-satqının ABŞ-da kriptovalyutalarla ticarətini və digər kriptovalyuta törəmə alətlərini ticarət etməyə imkan yaradacağını bildirir. Eyni zamanda, NinjaTrader müstəqil olaraq fəaliyyətinə davam edəcək.

Sazişin tamamlanması 2025-ci ilin ilk yarısına planlaşdırılır. Kraken, 2011-ci ildən bəri 15 milyondan çox müştəriyə xidmət edir və 300-dən çox rəqəmsal aktiv və altı milli valyuta ilə ticarət imkanı təqdim edir. NinjaTrader isə 2003-cü ildən fəaliyyət göstərir və təxminən 2 milyon müştəriyə sahibdir.