MÜSAHİBƏ

23 Mart

Bir gündə 5 mld. dollar dəyərində 1000 "Qızıl Viza" satılıb

Finss.az - ABŞ, bir gündə hər biri 5 milyon dollar dəyərində olan 1000 "qızıl viza" sataraq ümumilikdə 5 milyard dollar gəlir əldə edib.

Ticarət naziri Howard Latnik, bu satışların əldə olunan vəsaitin Amerika büdcəsinin kəsirini azaltmaq üçün istifadə ediləcəyini açıqlayıb.

Prezident Donald Tramp fevral ayında "qızıl viza" proqramını elan edərək qeyd edib ki, bu proqram üçün Konqresin təsdiqi tələb olunmur və hər şey qanunidir. Tramp, satışlardan əldə olunan gəlirin büdcə kəsirini azaltmağa kömək edəcəyini vurğulayıb. Eyni zamanda, mövcud EB-5 vizası proqramı xarici investorlar üçün bağlanacaq.

Bu arada, Tesla CEO-su İlon Mask işçilərinə səhmlərini satmamağı və şirkətə uzunmüddətli sadiqliyini saxlamağı tövsiyə edib. Tesla səhmləri bu həftə 2%, son bir ayda isə 33% azalıb. Maskın sərvətinin təxminən 60%-i Tesla-nın səhmləri və opsiyonları ilə bağlı olduğuna görə, bu azalmanın onun maliyyə vəziyyətinə ciddi təsir etdiyi bildirilir.