MÜSAHİBƏ

23 Mart

Böyük Britaniyada büdcə kəsiri 10,7 milyard funt sterlinqə çatdı

Finss.az - Böyük Britaniyada 2025-ci ilin fevral ayında 10,7 milyard funt sterlinq ($13,8 milyard) məbləğində büdcə kəsiri qeydə alınıb.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında bildirilir.

Ötən ilin eyni ayı ilə müqayisədə büdcə kəsiri 100 milyon funt artıb. Halbuki iqtisadçılar bu göstəricinin 6,6 milyard funta qədər azalacağını proqnozlaşdırırdılar.

Fevral ayında dövlət gəlirləri illik müqayisədə 3,7 milyard funt artaraq 96,9 milyard funt təşkil edib. Xərclər isə 3,8 milyard funt artaraq 107,6 milyard funta çatıb. Dövlət borcunun xidmət xərcləri isə 7,4 milyard funt olub ki, bu da ötən ilin göstəricisi ilə eynidir.

Cari maliyyə ilinin (aprel 2024-dən başlayan dövr) əvvəlindən etibarən yeni dövlət borclanmalarının ümumi həcmi 132,2 milyard funt təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 milyard funt çoxdur. Bu göstərici, həmçinin, Böyük Britaniyanın Büdcə Məsuliyyəti İdarəsinin (OBR) proqnozlarını 20,4 milyard funt üstələyib.

Böyük Britaniyanın ümumi dövlət borcu (dövlət banklarının borclanmaları nəzərə alınmadan) fevralın sonuna ÜDM-in təxminən 95,5%-nə bərabər olub. Bu nisbət 1960-cı illərin əvvəllərindən bəri rekord səviyyəyə yaxın olaraq qalır.