2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 1,2 milyon ton neft emal edilib, bu da illik müqayisədə 9,1% artım deməkdir.
Finss.az Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, 2024-cü ilin eyni dövründə 1,1 milyon ton neft emal edilib.
Ötən il, 2024-cü ildə, Azərbaycanda ümumilikdə 5,8 milyon ton neft emal olunub ki, bu da illik müqayisədə 10,8% azalma göstərir.
Azərbaycanda neftin emalı, 1953-cü ildə təməli qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilir. Bu zavod ölkənin neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda zavodda yenidənqurma və modernləşdirmə işləri aparılır.
Fuad Mədətov
Finss.az