2025-ci ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 2,4 milyon manat sığorta ödənişi edilib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istiandən xəbər verir ki, bu göstərici, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 56,7% artaraq, 0,9 milyon manat çox olub. 2024-cü ilin ilk ayında isə bu məbləğ 1,5 milyon manat idi.
Eyni dövrdə, avtonəqliyyat vasitələrinin sığortası üzrə toplanan sığorta haqqları 5,6 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin yanvarı ilə müqayisədə 21,7% artım göstərir. Ötən ilin ilk ayında bu məbləğ 4,6 milyon manat idi.
Bu sığorta növü üzrə toplanmış hər 100 manat sığorta haqqından 42,6 manat sığorta ödənişi edilib, bu da əvvəlki ilə nisbətən 9,2 manat artım deməkdir. Ötən ilin eyni dövründə bu məbləğ 33,4 manat idi.
Yanvar ayında ümumilikdə Azərbaycandakı sığorta şirkətləri 163,7 milyon manat sığorta haqqı toplayıb, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eyni zamanda, 47,6 milyon manat sığorta ödənişi edilib ki, bu da 22,8% artım deməkdir.
Fuad Mədətov
Finss.az