MÜSAHİBƏ

13 Mart

Naxçıvanda güzəştli kreditlər 37,9% artıb

Bu ilin yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 8 investisiya layihəsinin maliyyələşdirilməsinə 240 min manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib.

Finss.az Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə verilən güzəştli kreditlərin məbləği 37,9 faiz artıb. Vəsaitin 66,7 faizi kənd təsərrüfatına, 33,3 faizi isə xidmət sahələrinə yönəldilib.

Bununla yanaşı, hesabat dövründə güzəştli kreditlərin 1,5 milyon manatının geri qaytarılması təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz çoxdur.

Fuad Mədətov
Finss.az