MÜSAHİBƏ

12 Mart

Qazaxıstan BTC kəməri ilə neft ixracını 2,2 milyon tona çatdıracaq

Finss.az - Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə neft ixracını artırmağı planlaşdırır.

“Kazinform”un yaydığı xəbərə görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu azərbaycanlı həmkarı Ceyhun Bayramovla Astanada keçirilən görüşdən sonra bildirib.

Nazir qeyd edib ki, ötən il bu kəmərlə 1,4 milyon ton neft nəql edilib və bu göstəricinin gələcəkdə 2,2 milyon tona çatdırılması planlaşdırılır.

Murat Nurtleu həmçinin Qazaxıstanın Azərbaycan vasitəsilə uran tədarükünü davam etdirdiyini vurğulayıb. O əlavə edib ki, enerji resurslarının nəqli və Xəzər dənizi vasitəsilə infrastruktur layihələri Cənubi Qafqaz və Mərkəzi Asiya arasında mühüm əlaqə yaradır.

Zemfira Ms
Finss.az