MÜSAHİBƏ

13 Mart

Qazaxıstan-Azərbaycan ticarət dövriyyəsi 533 milyon dolları keçib

Finss.az - Son 5 ildə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi təxminən beş dəfə artaraq 2024-cü ildə 533 milyon ABŞ dollarına çatıb (2020-ci ildə - 109,2 milyon).

Bu barədə Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu Astanada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

Murat Nurtleu qeyd edib ki, iki ölkənin iqtisadi potensialını nəzərə alaraq, bu göstərici 1 milyard dollara çatdırılacaq. O, həmçinin Qazaxıstanın Azərbaycana taxıl ixracını artırmağa hazır olduğunu bildirib və Bakı taxıl terminalının imkanlarından istifadə etməyi təklif edib.

Zemfira Ms
Finss.az