Bu ilin fevralın 1-nə olan məlumata görə, Azərbaycanda inşaat və tikinti sektoruna yönəldilən kredit qoyuluşlarının həcmi 1,2 milyard manat təşkil edib.
Finss.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya əsasən, bu göstərici yanvar ayı ilə müqayisədə 6,1 milyon manat və ya 0,5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 40,3 milyon manat və ya 3,5 faiz artıb.
Ümumilikdə, ölkədə real sektora kredit qoyuluşları üzrə kredit portfeli 29,3 milyard manata çatıb. Bu isə aylıq müqayisədə 37,1 milyon manat və ya 0,1 faiz, əvvəlki ilin yanvar ayına nisbətən isə 5 milyard manat və ya 20,4 faiz artım deməkdir.
Fuad Mədətov
Finss.az