Finss.az - 2024-cü ildə Milli ödəniş sistemi vasitəsilə 760,2 milyard manat dəyərində əməliyyatlar həyata keçirilib ki, bu da ÜDM-in 6 mislini təşkil edir. Debet və kredit kartları ölkə daxilində aparılan nağdsız ödənişlərin əsas aləti olub. Bu kartlarla edilən ödənişlər, 2023-cü illə müqayisədə 61% artaraq 78,9 milyard manat olub.
Ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 8,6 faiz bəndi artaraq 64,2%-ə çatıb. İstifadəçilərin innovativ ödəniş həllərinə keçidi sürətlə davam edir. Məsələn, “Apple Pay” və “Google Pay” vasitəsilə ödənişlərin sayı və həcmi 2 dəfə artıb.
POS-terminallar vasitəsilə edilən hər 3 təmassız ödənişdən 1-i isə ağıllı cihazlar ilə həyata keçirilib.
Zemfira Ms
Finss.az