Türkiyə 2025-ci ilin fevral ayında Azərbaycana kimyəvi maddə ixracını 38 milyon 756 min 4 ABŞ dollarına çatdırıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,3% azalma nümayiş etdirir.
Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat verib.
Məlumata görə, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin Azərbaycana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% artaraq 79 milyon 128 min 26 ABŞ dollarına bərabər olub.
Bununla yanaşı, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına kimyəvi maddə ixracı 1,2% artaraq 5 milyon 46 min 26 ABŞ dollarına çatıb.
Fevral ayında Türkiyə, ümumilikdə 2 milyon 495 min 6 ABŞ dolları dəyərində kimyəvi maddə ixrac edib ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 4,7% azalma deməkdir.
Nazirlik, son 12 ayda (fevral 2024 – fevral 2025) Türkiyənin kimyəvi maddə ixracını 30 milyon ABŞ dolları olaraq qeyd edib.
Fuad Mədətov
Finss.az