Cari ilin yanvar ayında Azərbaycana 9,6 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edilib.
Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon ABŞ dolları, yaxud 16% artım təşkil edir. 2023-cü ilin yanvarında isə tütün və tütün məhsullarının idxal dəyəri 8,3 milyon ABŞ dolları olub.
Bununla yanaşı, 2024-cü ilin yanvar ayında Azərbaycandan xaricə 1,6 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon ABŞ dolları, yaxud 40,8% azalma deməkdir.
Azərbaycanın tütün idxalı, ixracını 8,1 milyon ABŞ dolları və ya 6,2 dəfə üstələyib.
Qeyd edək ki, yanvar ayında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 2,1 milyard ABŞ dolları, yaxud 70,5% artım deməkdir. Ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payına düşüb.
Xarici ticarətdə 986 milyon dollar müsbət saldo yaranıb, bu da illik müqayisədə 285 milyon dollar, yaxud 40,7% artım göstərir.
Fuad Mədətov
Finss.az