Cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən dövlət büdcəsinə 23,7 milyon manat mənfəət vergisi ödənilib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 milyon manat və ya 8,2% çoxdur.
2023-cü ilin yanvar ayında bankların ödədiyi mənfəət vergisi 21,9 milyon manat təşkil edib. 2024-cü ilin ilk ayında isə vergi ödənilməzdən əvvəl bankların ümumi mənfəəti 94,7 milyon manat, xalis mənfəəti isə 71 milyon manat olub.
Xatırladaq ki, ötən il ərzində Azərbaycandakı banklar tərəfindən ümumilikdə 294,3 milyon manat mənfəət vergisi ödənilib.
Fuad Mədətov
Finss.az