MÜSAHİBƏ

06 Mart

Dünya Bankı Azərbaycanın makroiqtisadi proqnozlarını açıqlayıb

Dünya Bankı (DB) Azərbaycanın iqtisadiyyatı ilə bağlı bir sıra makroiqtisadi proqnozlar açıqlayıb.

Finss.az xəbər verir ki, proqnozlara görə, yaxın beş il ərzində Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisiti azalacaq.

Dünya Bankı 2025-ci il üçün CƏH-in profisitinin ÜDM-in 11,6%-i həcmində olduğunu, 2026-cı ildə bu nisbətin 5,4%-ə, 2027-ci ildə isə 3,8%-ə enəcəyini proqnozlaşdırır. 2028-ci ildə bu göstəricinin 3,6%-ə, 2029-cu ildə isə 3,4%-ə qədər azalmağa davam edəcəyi gözlənilir.

Bankın analitikləri, həmçinin, iqtisadi artımın 2025-2026-cı illərdə 2,4%, 2027-ci ildə 2,3%, 2028-2029-cu illərdə isə 2,2% olacağı proqnozunu verib. İnflyasiya isə 2025-2026-cı illərdə 2,3%, 2027-ci ildə 2,2%, 2028-2029-cu illərdə isə 2% olacaq.

Bundan əlavə, Dünya Bankı ölkəyə xalis birbaşa xarici investisiyaların (BXİ) azalacağını proqnozlaşdırıb. 2025-2026-cı illərdə BXİ-nin ÜDM-in 0,9%-i həcmində, 2027-ci ildə 0,8%, 2028-ci ildə 0,7%, 2029-cu ildə isə 0,6% azalacağı gözlənilir.

Fuad Mədətov
Finss.az