Finss.az - 2024-cü il ərzində daşınmaz əmlak üzərində 378 495 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 64 454-ü (17 faizi) ilkin, 314 041-i isə (83 faizi) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat ilində fərdi yaşayış və bağ evi üzərində – 63 006, mənzil üzərində – 85 938, torpaq sahəsi – 216 583, qeyri-yaşayış binası – 3 397, qeyri-yaşayış sahəsi – 8 684, əmlak kompleksi – 826, çoxmərtəbəli yaşayış binası üzərində isə 61 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 96 268-i (25,4 faizi) Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bununla yanaşı, ötən il 286 092 texniki pasport tərtib edilib, 73 809 ipoteka müqaviləsi qeydiyyata alınıb.
