MÜSAHİBƏ

18 Fevral

Ölkə banklarında keçid risklərinə həssas iqtisadi sektorlar

Finss.az - Son dövrlərdə bir neçə bankın, fiziki və keçid risklərinin müəyyənləşdirilməsi ilə yanaşı, bu risklərin idarə edilməsinin effektivliyini artırmaq üçün müvafiq tədbirlər həyata keçirdiyi müşahidə olunub.

Əsasən, 5 bank fiziki riskləri, 6 bank isə keçid risklərinin potensial təsirlərini qiymətləndirib. Həmçinin, keçid risklərinə məruz qala biləcək iqtisadi sektorların siyahısı da müəyyənləşdirilib. Bu sektorlar arasında enerji, nəqliyyat və logistika sahələri xüsusi yer tutur.

Lakin, bu istiqamətdə fəaliyyət göstərən bankların sayı hələ məhduddur. 15 bank, hələlik ESİ faktorlarının risk idarəetməsi çərçivəsində bir təsnifatın mövcud olmadığını, lakin gələcəkdə belə bir qiymətləndirmənin aparılacağını qeyd edib.

Fiziki və keçid risklərinin stres-test çərçivəsinə inteqrasiyası isə hal-hazırda yalnız 2 bank tərəfindən həyata keçirilib. Bununla yanaşı, sorğuda iştirak edən bankların əksəriyyəti, bu sahədəki fəaliyyətlərini 2025-ci ildə inkişaf etdirməyi planlaşdırır. Yalnız 2 bankda fiziki və keçid riskləri üzrə limitlərin müəyyən edilməsi təcrübəsinə rast gəlinir.

Bəzi banklar, ESİ risklərinin idarə edilməsi üzrə siyasət və prosedurların mövcud olduğunu və bu sahədə qiymətləndirmə, idarəetmə təlimatları, tədbirlər planları və monitorinq şablonlarının tətbiq edildiyini qeyd ediblər. Lakin, bu cür siyasət və prosedurların çatışmadığı banklar da mövcuddur.

Qrafiklərdə bu təcrübələrin ətraflı təsviri təqdim olunub.