Finss.az - Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən biri olan nəqliyyat sektoru ölkənin davamlı inkifaşında vacib rol oynayır.
Bu sahədə fəaliyyət göstərən iri təşkilatlar arasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) öz möhkəm iqtisadi mövqeyi ilə fərqlənir.
2024-cü il üçün açıqlanan maliyyə göstəricilərinə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin dövlət bütcəsinə ödədiyi vergilərin cəmi məbləği 28,9 milyon manat təşkil edib. Bu rəqəm fəaliyyət sahəsinin miqyası və şirkətin iqtisadi potensialı haqqında açıq təsəvvür yaradir.
Şirkətin büdcəyə ödədiyi məbləğ, onun sənayenin modernləşdirilməsi, infrastruktur layihələrinin gənişləndirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası istiqamətində apardığı işlərin nəticəsidir. Xüsusilə son illərdə dəmir yolu xəttlərinin yenidən qurulması, yük və sərnişin daşımaları sahəsində texnoloji yeniliklərin tətbiqi diqqətəlayiqdir.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC dövlət strateji obyektlərindən biri olmaqla yanaşı, iqtisadiyyata müsbət təsir göstərən öndə gələn vergi ödəyicilərindəndir. Onun ödədiyi vergi təfərifləri dövlətin sosial və iqtisadi layihələrinin maliyyələşdirilməsinə təkan verir.