MÜSAHİBƏ

14 Fevral

Expressbank Uşaq Onkologiya Mərkəzini ziyarət edib

Finss.az - Expressbank Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü münasibətilə Milli Onkologiya Mərkəzi nəzdində fəaliyyət göstərən Uşaq Onkologiya Mərkəzində müalicə alan uşaqları ziyarət edib.

Ziyarət zamanı Bank nümayəndələri uşaqlarla söhbət edib, onların arzularını bölüşüblər. Xərçənglə mübarizədə qalib tərəf olacaqlarını ifadə edən “Qalib sənsən!” şüarı ilə onlarda ruh yüksəkliyi yaradan çıxışlar ediblər. Həmçinin hər bir uşağa Expressbank tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

“Hər zaman ictimaiyyətin yanında və hafizəsində özünəməxsus yer tutmaqla onlar üçün dəyər yaratmaq və bununla dəyər qazanmaq” hədəfi ilə çıxış edən Expressbank uşaqlara yönəlik tədbirlərilə gələcəyimizin memarlarını daim diqqətdə saxlayır.

Belə ki, bundan öncə uşaqların inkişafına və təhsilinə yönəlik bir çox tədbirlər və ianələr Bank tərəfindən həyata keçirilib.

Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Zemfira Ms
Finss.az