MÜSAHİBƏ

13 Fevral

Azərbaycanda ötən ay illik inflyasiya 5,4% artıb

2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar ayına nisbətən 105,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105 faiz, qeyri-qida məhsulları üzrə 102,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,4 faiz təşkil edib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 faiz təşkil edib.

Fuad Mədətov
Fins.az