MÜSAHİBƏ

13 Fevral

Azərbaycan banklarının ipoteka kredit portfeli 4,2 milyard manata çatıb

2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının ipoteka kredit portfeli 4 milyard 245,5 milyon manat təşkil edib.

Finss.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 616,3 milyon manat və ya 17,2% artıb.

İpoteka kredit portfelinin artımında, aylıq müqayisədə 46,9 milyon manat (1,1%) artım qeyd olunub. 2024-cü ilin dekabrın 1-nə isə ümumi ipoteka kredit portfeli 4 milyard 198,6 milyon manat olub, 2023-cü ilin müvafiq dövründə isə bu rəqəm 3 milyard 629,2 milyon manat təşkil edirdi.

Fuad Mədətov
Finss.az