MÜSAHİBƏ

07 Fevral

Naxçıvanda 45 sahibkarlıq layihəsinə 4,3 milyon manat güzəştli kredit ayrılıb

2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar 45 layihə üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıblar.

Finss.az xəbər verir ki, Fondun məlumatına görə, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 4,3 milyon manat güzəştli kredit ayrılıb.

Kreditdən yararlanan sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, akvakultura, ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. Layihələrin icrası nəticəsində 148 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Fuad Mədətov
Finss.az