MÜSAHİBƏ

07 Fevral

Lebron Ceyms əfsanəvi basketbolçunun rekordunu təkrarlayıb

“Los-Anceles Leykers”in basketbolçusu Lebron Ceyms əfsanəvi Mayk Cordanın rekordunu təkrarlayıb.

Finss.az xəbər verir ki, təcrübəli oyunçu buna NBA-da “Qolden Steyt Uorriors”a 120:112 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Görüşü 42 xal, 17 ribaund və 8 məhsuldar ötürmə ilə tamamlayan L.Ceyms 40 yaşdan yuxarı oyunçular arasında bir görüşdə bu göstəriciyə çatan ikinci basketbolçu kimi tarixə düşüb.

“Qolden Steyt Uorriors”un heyətində isə Stiven Körri matçı 37 xalla başa vurub.