MÜSAHİBƏ

07 Fevral

Azərbaycanda mebel istehsalı 45,9%, idxalı isə 24,4% artıb

2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda 391,2 milyon manat dəyərində mebel istehsal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, bir il öncəki göstəricini 45,9 faiz üstələyir.

Ötən ilin noyabr ayı ilə müqayisədə isə dekabrda istehsal dəyərində 57,2 faiz artım qeydə alınıb. Dekabr ayında 55,8 milyon manat dəyərində mebel istehsal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə ötən il ölkəyə 164,4 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri idxal olunub ki, bu da 2023-cü ilin göstəricisindən 24,4 faiz çoxdur.

Qeyd edək ki, 2024-cü ildə bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,78 faizə bərabər olub.

Fuad Mədətov
Finss.az