Azərbaycanda 2024-cü il ərzində həyat sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
Finss.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə bu növ sığorta üzrə yığımlar 599 milyon 197 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 94 milyon 205 min manat və ya 19% çoxdur.
2023-cü ildə həyat sığortası üzrə 504 milyon 993 min manat sığorta haqqı toplanıb.
Bu dövrdə bu növ sığorta ödənişləri 477 milyon 155 min manat təşkil edib ki, bu da illik müqayisədə 181 milyon 603 min manat və ya 62% çoxdur.
Ötən ilin eyni dövründə 292 milyon 552 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 79% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 21% artıb. 2023-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 58% olub.
Fuad Mədətov
Finss.az