MÜSAHİBƏ

07 Fevral

Azərbaycanda meyvə ixracında artım: Yanvarda 44,7 milyon dollar dəyərində məhsul göndərilib

Azərbaycanda intensiv bağların sahəsinin genişlənməsi, ötən illərdə salınan intensiv bağların bara düşməsi məhsul istehsalı və ixracının artmasında böyük rol oynayır.

Kənd Təsərrüfatı Nazirliyindən Finss.az-a verilən məlumata görə, bu ilin yanvar ayında ölkədən xarici bazarlara meyvə ixracında ciddi artım qeydə alınıb. Belə ki, yanvarda xarici bazarlara 44,7 milyon dollar dəyərində 43,2 min tondan çox müxtəlif meyvə məhsulları ixrac olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə meyvə ixracatının həcmi 23,5 faiz, dəyəri isə 22,8 faiz artıb.

İlin ilk ayında ölkədən xaricə ən çox şişburun xurma, alma, armud, heyva, nar, sitrus meyvələri ixrac olunub.

Fuad Mədətov
Finss.az