MÜSAHİBƏ

07 Fevral

Azərbaycan parataekvondoçuları beynəxalq turnirdə iştirak edəcəklər

Azərbaycan parataekvondoçuları Antalya şəhərində keçiriləcək Türkiyə Açıq beynəlxalq turnirində iştirak edəcəklər.

Finss.az xəbər verir ki , ölkəmizi yarışda K44 kateqoriyasında Amin Əliyev (58 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram), Orxan Cəfərov (80 kiloqram) və Şahmar Quliyev (+80 kiloqram) təmsil edəcək.

Turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır. 

Milli komanda fevralın 8-də start götürəcək yarışa baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə çıxacaq.