MÜSAHİBƏ

07 Fevral

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığorta: yığımlar artıb, ödənişlər kəskin azalıb

Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar artıb, ödənişlər isə kəskin azalıb.

Finss.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü il ərzində bu sığorta növü üzrə 88 milyon 953 min manat sığorta haqqı toplanıb. Bu, 2023-cü illə müqayisədə 14 milyon 25 min manat və ya 19% çoxdur. 2023-cü ildə isə bu göstərici 74 milyon 928 min manat təşkil edib.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlər cəmi 3 milyon 769 min manat olub ki, bu da ötən illə müqayisədə 71 milyon 646 min manat və ya 20 dəfə azdır. Müqayisə üçün, 2023-cü ildə sığorta ödənişləri 75 milyon 415 min manat idi.

Ödənişlərin kəskin azalması bu sığorta növünün zərərliliyini də ciddi şəkildə aşağı salıb. Belə ki, 2024-cü ilin hesabat dövründə zərərlilik göstəricisi cəmi 4% təşkil edib. Bu, əvvəlki illə müqayisədə 96% azalma deməkdir. 2023-cü ildə isə bu göstərici 101% idi.

Fuad Mədətov
Finss.az