ABŞ prezidenti Donald Trampın bütün administrasiyası aktiv şəkildə Ukraynada müharibəyə son qoymağın yollarını axtarır.
Finss.az xəbər verir ki, ABŞ liderinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, bu, bütün ABŞ hökuməti üçün prioritet məsələdir.
“Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq bütün administrasiyanın vəzifəsidir. Bu, bütün əsas oyunçuları əhatə edən hərtərəfli yanaşmadır: prezident, vitse-prezident, milli təhlükəsizlik müşaviri, dövlət katibi, xəzinədarlıq katibi və Ağ Evin Milli Təhlükəsizlik Şurası. “New York Post” qəzetinə müsahibəsində o, “hamı birlikdə işləyir” deyib.