ABŞ prezidenti Donald Trampın ABŞ dövlət qurumlarında, o cümlədən MKİ və digər kəşfiyyat orqanlarında elan etdiyi kütləvi ixtisarlar Vaşinqtonun Çinə qarşı strategiyasına təsir etməyəcək. Finss.az bu barədə South China Morning Post (SCMP) qəzetinə istinadən xəbər verir.
Nəşr Çinin Renmin Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Şi Yinhonqdan sitat gətirir ki, heç bir kommunikasiya kanalı iki ölkə arasında münasibətləri yaxşılaşdıra bilməz. Həmin universitetin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Wang Yiwei qeyd edib ki, Ağ Ev Pekinlə rəqabətə diqqətini davam etdirir və Trampın ikinci dövründə ABŞ-Çin münasibətləri ciddi problemlərlə üzləşəcək.
Ekspertlər onu da qeyd edirlər ki, Trampın siyasəti ABŞ-ın gücünü zəiflətməkdənsə, onu saxlamaq üçün hökumət aparatını optimallaşdırmağa yönəlib. Nankin Universitetinin Beynəlxalq Tədqiqatlar Məktəbinin dekanı Zhu Fengin sözlərinə görə, Çin Vaşinqtonun əsas strateji rəqibi olaraq qalır və Amerikanın bu istiqamətdə siyasəti əsaslı dəyişikliklərə məruz qalmayacaq.