MÜSAHİBƏ

07 Fevral

Azərbaycanda kredit kartları ilə əməliyyatlar 40,3% artıb

Ötən il Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8 milyard 784 milyon manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 2 milyard 521 milyon manat və ya 40,3 faiz artım deməkdir.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4 milyard 864 milyon manatı elektron ticarət, 2 milyard 138 milyon manatı POS-terminallar, 1 milyard 440 milyon manatı bankomatlar, 332 milyon manatı isə ölkə xaricində əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

Qeyd edək ki, 2025-ci il yanvar ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 256 min təşkil edib.

Fuad Mədətov
Finss.az