Məqalədə dördüncü sənaye inqilabı şəraitində insanmərkəzli iqtisadiyyatın nəzəri-metodoloji aspektləri araşdırılmışdır.
Finss.az xəbər verir ki, məqalə “Geostrategiya” beynəlxalq ictimai-siyasi, elmi-nəzəri jurnalında dərc olunub.
Texnologiyaların inkişafı və sənaye inqilablarının yaratdığı obyektiv reallıqlar təhlil olunmuş, insan amilinin insan potensialının inkişafında, sənaye zonalarının idarə olunması və inkişafında əhəmiyyəti əsaslandırılmışdır. İnsan yönümlü rəqəmsal iqtisadiyyatın effektiv alətlərinin müəyyən edilməsi və sistemləşdirilməsi vurğulanmışdır. Müasir tendensiyalar və gələcək inkişafın əsas prinsipləri nəzərə alınaraq, dördüncü sənaye inqilabı şəraitində insanmərkəzli iqtisadiyyatın formalaşması və inkişafına dair ümumiləşdirmələr aparılmışdır.
Nərmin Qocaman
Azərbaycan Dövlət İqtisad Universitetinin magistri