Azərbaycanın kapital bazarına yeni daxil olmuş “MFX Trading İnvestisiya Şirkəti” ASC-nin Xarici Bazarlar üzrə şöbə rəisi Tamerlan Bayramlının Fins.az-a müsahibəsi
Azərbaycanın qiymətli kağızlar bazarının mövcud inkişaf vəziyyətini necə qiymətləndirisiniz ?
Azərbaycan qiymətli kağızlar bazarı inkişaf edir. Lakin onun inkişafı çox da, sürətli hesab etmək olmaz. Bizdə birja platformanın yaradılması 2000- ci ildə başlayıb və ilk yarananda tam həcmdə başlamayıb. Belə ki, ilk olaraq yarananda, market meyker olmayıb, repolar olmayıb və çox təssüf ki, alətlərin birja sisteminə daxil olunma tezliyinə və gedən prosesin BFB saytında verilmiş inkişaf sxeminə də baxanda görürük ki, inkişaf sürəti zəif gedib və bir alətin BFB sisteminə gətirilməsi 1-3 il arası vaxt tələb edib. Eləcə də, hələ ki bizdə dervativlərin birjaya gətirilməsi üzərində işlər aparılır. Bizim kimi kiçik dövlətlərlə birjanın inkişafını müqayisə etsək qənaət bəxş saymaq olar. Lakin təəssüflə bildirirəm ki, hazırda mövcud potensial investorların yeni yaranmış bir çox müəssisənin qiymətli kağızlar bazarından məlumatı demək olar ki, azdır. Biz "MFX Trading İnvestisia Şirkəti" olaraq bu cür hallarla qarşılaşırıq. Korporativ istiqraz bazarı çox da güclü deyildir. Bir sözlə inkişaf gedir amma biz cari inkişafa tənqidi yanaşmasaq, hazırki vəziyyəti ideala doğru gedə bilməz və bu növbəti inkişafın sürətini azaldar. Əlbəttə ki müvafiq qurum və şirkətlər bu bazarın inkişafı üçün çalışır və biz də buna dəstək oluruq. Ümid edirik ki, yaxın gələcəkdə biz nəzərdə tutduğumuz inkişaf və mükəmməlliyə çatacağıq.
“MFX Trading İnvestisiya şirkəti”-in lisenziyasında məhdudlaşdırılan fəaliyyət sahəsi var?
Lisenziyada nəzərdə tutulan bütün əsas və yardımçı investisiya xidmətlərini göstəririk. Belə ki, bütün investisiya xidmətlərini göstərmək üçün qanunda minimum 300 000.00 manat nizamnamə kapitalı və lisenziyalı işçilər tələb edilir. Bu şərtlər də ödənildiyinə görə Mərkəzi Bank tərəfindən bizə bütün investisiya xidmət növləri üzrə fəaliyyətə icazə verilib və bu lisenziya əlavəsi faylında mövcuddur.
“MFX Trading İnvestisiya Şirkəti” ASC sertifikatlaşmış və birja atestasiyasından keçmiş işçilərin sayı nə qədərdir?
"MFX İnvestisiya Şirkəti " ASC 5 aydır fəaliyyət göstərir və hal hazırda 3 sertifikatlandırılmış treyderlərə sahibdir.
Yeni fəaliyyətə başlayan bir şirkət olaraq belə bir rəqabət mühitində, qiymətli kağızlar bazarında nə kimi yeniliklərə imza atacağınızı düşünürsünüz?
Bildirmək istəyirəm ki, biz "MFX Trading İnvestisiya Şirkəti" ASC olaraq, broker xidməti, anderraytinq xidməti və digər investisiya xidmətlərinin aparılması üçün illik büdcə xərcinin iki dəfə azaldılmasını nəzərdə tutan olduqca cəlbedici təklif irəli sürürük.
Belə ki biz, investisiya xidmətləri üçün daxili bazarda standart xidmət haqqlarını 50%-ni tədbiq etməklə müştərilərimizin maraqları mövqəyindən çıxış edirik. Və nəticədə müştərilərin nəzərdə tutduqları xərcin qənaət edilmiş hissəsi, tərəfimizdən xarici bazarlarda portfel idarə etməsinə qəbul edilərək, müştərilərin yatırımına çevirilir. Beləliklə, onlar nəinki illik xərclərini azaldaraq, hətta dünyanın bir çox aparıcı şirkətlərinin səhmlərində pay sahibi olaraq hər il investisiyadan gəlir sahibi olur.
Şirkətinizin daxili stukturu necədir və xarici bazarda hansı əməliyyatları həyata keçirirsiniz?
"MFX Trading İnvestisiya Şirkəti" ASC-nin daxili strukturu, üç fiziki şəxs olan təsisçi tərəfindən yaradılıb. Belə ki, şirkətimiz daxili və xarici bazarlarda qiymətli kağızların ticarəti və marja ticarətini əhatə edən 4 departamentə və ənənəvi, inzibati şöbələrdən ibarət struktura malikdir. Xarici bazarlarda, əsasən ABŞ fond bazarlarında səhm, istiqraz (dövlət və korporativ), fyuçers, opsion və.s kimi əməliyyatları həyata keçirmək imkanımız var. Əlavə olaraq spot valyuta bazarına da çıxa bilirik.
Forex pul qazandırırmı və Forex-in üstünlüklari nedir?
Hər bazarda olduğu kimi forexdə də risklər vardır. Və onları düzgün idarə edə bildiyiniz təqdirdə qısa müddətdə güclü qazanc əldə etmək mümkündür. Ancaq bu da, daha diqqətli olmağınızı tələb edir. Buna görə bazarın ritminə uyğun davrandığınız halda mənfəət əldə edə biləcəyinizi söyləsək yanılmış olmarıq.
“MFX Trading İnvestisiya Şirkəti” ASC olaraq spredləriniz nədir?
Hazırda maliyə bazarında ən dar spredlərə sahibik. Bunu Metatrader 5 platformamızda demo hesabı açaraq özünüz də yoxlaya bilərsiniz.
Hansı növ müştəriləriniz daha çoxdur fiziki şəxslər yaxud instutsional?
Təbii olaraq, daha çox fiziki şəxs müştərilərimiz var.
Portfel idarəçiliyi xidmətiniz var? Şərtlər necədir?
Bəli var. Şərtlər investisiya bəyannaməsi əsasında qarşılıqlı razılaşdırılır. Standart olaraq dünya praktikasina uyğun faizlər götürülür. Maliyyə alətlərində birdəfəlik komissiya haqqı 2%, müştəri gəlirindən 20% hesablanır.
Hansı növ qiymətli kağızlarla və hansı növ alətlərlə investisiya edə bilirsiniz?
Səhm və İstiqrazlara investisiya etmək və bütün valyuta cütlükləri ilə ticarət aparmaq mümkündür.
“MFX Trading İnvestisiya Şirkəti” aktivlərin idarə edilməsini həyata keçirir?
Bəli. "MFX Trading İnvestisiya Şirkəti" yarandığı gündən bu xidmətləri təmin edir.
Göstəricilərlə tanış olanda “MFX Trading İnvestisiya Şirkəti”-nin Mərkəzi Bankın qiymətli kağızları ilə əməliyyatlar həyata keçirmədiyini müşahidə edirik səbəb nədir?
Bildiyiniz kimi, Mərkəzi Bank notları ancaq banklar tərəfindən sifariş edilir. Hələ ki, banklarla aktiv olaraq çalışmırıq amma yaxın gələcəkdə not hərraclarında da iştirak edəcəyik.
Müəllif: Aynur Qəniyeva