Son günlər dünya birjalarında bitkoinin dəyərinin yüksəlməsi və investorların bitkoinə eyni zamanda alt koinlərə və kriptovalyutalara marağını artırıb.Ölkəmizdə bitcoin və kriptovalyutalara investisiya imkanları barədə Fins.az-ın suallarını “Blockchain Azərbaycan Mərkəzi”-nin həmtəsisçisi,Crypto Consulting şirkətinin rəhbəri Elnur Quliyev cavablandırıb
Azərbaycanda kriptovalyuta bazarının perspektivlərini necə qiymətləndirirsiniz?
Hazırda ölkəmizdə kriptovalyutalar ilə bağlı müvafiq qanunvericilik bazası və ya tənzimlənmə mexanizmi olmadığından bu barədə dəqiq informasiya demək mümkün deyil. Yerli korporativ şirkətlər və fərdi investorlar kripto-investisiyalara maraq göstərsələr də faktiki olaraq hər hansı bir fəaliyyət yoxdur. Bu səbəbdən də Azərbaycanda kriptovalyuta alqı-satqısı üzrə dövriyyə və ya rəqəmsal valyuta istifadəçiləri haqqında hər hansı bir statistika yoxdur.
Hansı ölkənin təcrübəsini qənaətbəxş hesab edirsiz? Söhbət yaxın qonşu ölkələrdən gedir.
Hazırda Özbəkistan, Belarus, Ukrayna və Rusiyada rəqəmsal aktivlərlə bağlı qanunvericilik aktları qəbul edilib. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan da bu ölkələrin uğurlu təcrübəsindən faydalanaraq yerli qanunvericlik aktları qəbul ediləcəkdir.
Hazırda kriptovalyutaların mayninqinə maraq müşahidə olunurmu?
Mayninqə maraq hər zaman olub lakin bunun üçün müəyyən texniki biliklərə malik olmaq lazımdır. Hazırda ölkəmizdə həvəskar maynerlər kifayət qədərdir və həcmi az olsa da ev şəraitində mini mayninq fermalar qurmaqla kriptovalyuta “istehsal” edirlər. Bundan əlavə, zaman keçdikcə mayninq avadanlıqlarının texniki göstəricilərinə olan tələblər də artı Bu faktor birbaşa həmin avadanlıqların qiymətinə də təsir edir. Bir çoxları artıq kriptovalyutanı mayniq etməkdənsə onu birjadan almağı daha üstün tuturlar.
Mayninq üçün zəruri olan avadanlıqların ölkəyə gətirilməsində çətinliklər müşahidə olunurmu? Gömrük bu məsələyə necə baxır?
Bununla bağlı onu deyə bilərəm ki, hazırda mayninq avadanlıqlarını gətirilməsi üçün rəsmi qaydada heç bir məhdudiyyət yoxdur. Ola bilsin ki, bu avadanlıqların ölkəmizə kütləvi sayda gətirilməsi zamanı müvafiq icazənin alınması ehtiyac yaransın.
Kriptovalyutaya seçərkən daha çox nəyə diqqət etmək lazımdır? Kriptovalyutanın riskli və ya stabil olmasını necə bilmək olar?
İnvestisiya məqsədi ilə kriptovalyuta seçən zaman 3 əsas faktora diqqət etmək lazımdır.
1. Kriptovalyutanın bazar kapitalizasiyası – bazar kapitalizasiyası nə qədər çox olarsa həmin kriptovalyutaya spekulyativ təsiri də bir o qədər aşağı olur. Adətən bazar kapitalizasiyası 500 milyon dollardan aşağı olan rəqəmsal aktivlər nisbətən daha riskli hesab edilir.
2. Kriptovalyutanın sayı – Say nə qədər az olarsa kriptovalyutanın qiymətinin yuxarı olmasını təmin edir.
3. Kriptovalyutanın misiyası – Hər bir kriptovalyuta yaradılarkən bəlli bir missiyası və təyinatı olmalıdır. Layihənin arxasında professional komandası olmalı və hər hansı sosial, iqtisadi əhəmiyyəti ilə seçilməlidir.
Qeyd etdiyim bu üç faktoru analiz etdikdən sonra müvafiq rəqəmsal aktivi seçib investisiya aləti kimi istifadə faydalana bilərsiz.
Bəs investisiya etmək hansı altkoinləri daha perspektivli hesab edirsiniz?
Hazırda bir çox investorlar üçün bitcoin və ethereum kifyət qədər bahalıdır. Odur ki, investisiya etmək üçün qiyməti daha ucuz və prespektiv imkanları daha yüksək olan kriptovalyutalara tələb yaranıb. Hesab edirəm ki, bu tip rəqəmsal aktivlərdən cordano, polkadot, algorand, enjin coin, chilize, tezos, spartan protocol, helium kimi rəqəmsal aktivlərin potensialı var. Təbii ki, bu mənim şəxsi qənaətimdir.
Kritpovalyutanı aldıqdan sonra qiyməti düşərsə nə etmək lazımdır?
Bəzi investorlar kriptovalyutalara qiymətlərin ən “pik” vaxtında investisiya ediblər və hazırkı vəziyyətdə özlərini ziyanda hesab edirlər. Bu fakt onu göstərir ki, rəqəmsal aktivlərə qisamüddətli mövqədə investisiya etmək çox risklidir. Lakin unutmaq olmaz ki, rəqəmsal aktivi baha alsanız belə onu satılmadığınız halda faktiki olaraq ziyanda olmuş sayılmırsız. Misal üçün, əgər siz bitcoin-ni 50.000 dollar olanda almısınızsa və hazırda qiymət 45.000-ə düşübsə bu hələ son deyil. Bəli, faktiki olaraq qiymət düşüb lakin 1 bitcoin elə 1 bitcoin olaraq qalır. Nəzərə almaq lazımdır ki, qiymətlərin tez-tez qalxıb enməsi kriptovalyuta bazarına xas olan xüsusiyyətdir və yaxın gələcəkdə qiymətlərin yenidən qalxma ehtimalı olduqca yüksəkdir. Odur ki, pessimist olmağa dəyməz, əgər bu sektorda investisiya edib qazanmaq istəyirsinizsə səbrli olub gözləməyi bacarmalısınız.
Azərbaycanda kriptovalyuta ödəniş vasitəsi olaraq qəbul edilə bilərmi?
Azərbaycanda yegənə ödəniş vasitəsi manatdır və hesab edirəm ki, yaxın 5 il ərzində birbaşa kriptovalyutalarla hər hansı əməliyyat aparmaq mümkün olmayacaq. Bunun üçün ilk növbədə insanlar maarifləndirilməli və müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Bir sözlə kriptovalyutaların istifadəsi üçün sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır. Yalnız bundan sonra real sektorda kriptovalyutaların istifadəsi mümkündür.
Həmtəsisçi olduğunuz Blockchain Azərbaycan Mərkəzinin (BAM) 2021-ci il üçün əsas prioritet istiqamətləri açıqlaya bilərsinizmi?
Blockchain Azərbaycan Mərkəzi (BAM) öz ətrafında İnformasiya Texnologiyaları, Blockchain, Kriptovalyutalar sahəsində ixtisaslaşmış şəxsləri toplayaraq, yeni texnologiyanın ölkəmizdə inkişafı istiqamətində zəruri addımlar atılması üçün 2018-ci ildə yaradılmışdır. Əsas məqsədimiz blockchain və rəqəmsal valyutalar ilə bağlı təkliflərin hazırlanması, tətbiqi sahələrinin təyin edilməsi, mövzuya aid təlim-tədrisin təşkili, konsultasiya və tədbirlərin təşkil olunmasıdır. BAM tərəfindən yerli və xarici ekspertlərin iştirakı ilə artıq 5 tədbir keçirilib.
Tərəfimizdən fərdi şəxslər və özəl şirkətlər üçün blockchain texnologiyası əsaslı həllərin təqdim olunması da təşkil olunacaq. BAM olaraq yerli startap layihələrə İCO-ların təşkili, konsulatsiyaların verilməsi və layihədən aslı olaraq müxtəlif tipli dəstək tədbirlərinin göstərilməsi planlaşdırılır.
Bu yaxınlarda Pi Network adlanan layihə barədə məlumatlar yayılır. Buna dair nə deyə bilərsiniz?
Pi Network layihəsi əslində mobil mayninq (mədənçilik) sektorunda bir eksperimentdir. Kriptovalyuta mayninqinə hazırda kifayət qədər maraq var. Bu layihədə əsas diqqət çəkən məqam isə istifadəçilərin bu şəbəkəyə ödənişsiz olaraq qoşulmasıdır. İnsanlarda bir ümid var ki, heç bir ödəniş etmədən sadcə mobil tətbiqi smartfona yükləməklə kriptovalyuta mayniniq edəcək və gələcəkdə dəyəri yüksək olan kriptovalyutaya sahib olacaqlar. Bu nə dərəcədə realdır, bunu zaman göstərəcək. Hələ ki, bu layihənin nə qədər uğurlu olacağını demək mümkün deyil. Lakin komanda layihəni inkişaf etdirməyə davam edərsə, bəlkə də ciddi bir nəticə əldə etməsi istisna deyil.
Müəllif: Aynur Qəniyeva