MÜSAHİBƏ

12 Yanvar

Nizami Mənsimov: Bizim müştərilər bu çətinlikləri çəkmirlər - MÜSAHİBƏ

Bakı, 12 yanvar Fins.az

Fins.az Kasko.az onlayn sığorta portalının təsisçisi, sığorta mütəxəssisi Nizami Mənsimovla müsahibəni təqdim edir:

Zəhmət olmasa, şirkət haqqında məlumat verərdiniz? Hansı xidmətlər göstərirsiniz?

- Kasko.az Onlayn Sığorta Portalı, ölkəmizin 10 aparıcı sığorta şirkətinin xidmətlərini özündə birləşdirən, onlayn sığorta platformasıdır. Sizə lazım olan sığorta növünü, seçdiyiniz Sığorta Şirkətindən rahat bir şəkildə onlayn sifariş edə bilərsiniz. Sığorta müqavilələri ünvana ödənişsiz çatdırılır. 7/24 xidmət göstəririk. Xidmətlərimizə Fiziki şəxslər üzrə avtomobil sığortaları (İcbari Avtomobil sığortası, Kasko, Yaşıl Kart), daşınmaz əmlak sığortaları ( İcbari və Könüllü əmlak sığortaları), tibbi sığorta (fərdi və ailələr üçün), səfər sığortası, Hüquqi şəxslər üzrə əməkdaşlar üçün könüllü tibbi sığortalar, avtonəqliyyat vasitələrinin sığortaları, daşınmaz əmlak sığortaları, işçilərin icbari sığortası, yüklərin sığortası və s. daxildir.

Şirkətinizin rəsmi saytında (kasko.az) üstünlükləriniz haqqında yazılıb. Zəhmət olmasa bu barədə bir az ətraflı məlumat verərdiniz. 

Müştərilər ən sərfəli sığorta təkliflərini ən qısa zamanda, bizim vasitəmizlə alaraq, büdcələrinə və vaxtlarına qənaət etmiş olurlar.

Siz bir təsəvvür edin, onlarla sığorta şirkəti ilə əlaqə saxlayıb, məhsulları və qiymətləri ilə maraqlanıb, hamısını yadda saxlamalısınız ki, sonda sizin tələblərinizi qarşılayacaq məhsulu seçəsiniz. Yaxud da qarşınıza çıxan ilk şirkəti seçəsiniz, hansı ki bəlkə də ondan daha sərfəli qiymətə daha çox təminat verən başqa bir şirkət var və siz ondan xəbərsizsiniz. Bizim müştərilər bu çətinlikləri çəkmirlər.

Peşəkar komandamız, zəruri təminatların və müştərinin tələblərinin sığorta müqaviləsində əks olunmasına nəzarət edir. Müqavilə şərtləri ətraflı izah olunur.

Təəsüflər olsun ki, çox hallarda müştərilər sığorta müqavilələrini oxumurlar. Adətən sığorta hadisələri zamanı məlum olur ki, filan təminat müqaviədə yoxdur. Biz isə əvvəlcədən müştərinin tələblərini dinliyirik və müqavilədə əks olunmasına nəzarət edirik.Olmayan təminatları da ətraflı şəkildə izah edirik.

Biz müstəqil sığorta məsləhətçisiyik. Hər zaman öz müştərilərimizim maraqlarını qoruyuruq.

Bəzən uzunmüddətli təcrübəmizə əsasən, müştərilərimizə lazımi məsləhətlər veririk ki, bu da gələcəkdə onların rastlaşa biləcəkləri hadisələrə qarşı qabaqcadan tədbir görməklərinə səbəb olur. Eyni zamanda hadisələr zamanı bütün hüquqları barədə məlumat veririk, onlara hər mənada hüquqlarını müdafiə etməkdə yardımçı oluruq.

2020-ci il sizin üçün necə keçdi və ötən ili necə dəyərləndirərdiniz?

İlin əvvəli pandemiya ilə başlasa da, ordumuzun şanlı qələbəsi hər bir azərbaycanlı kimi bizim də həyatımızda unudulmaz anlarla yadda qaldı. Həmçinin iş münasibətlərində də bizimçün uğurlu bir il oldu. Əvvəlki illərə nisbətən onlayn xidmətlər üstünlük təşkil etdi, bu hal sığorta xidmətlərindəndə yan keçmədi. Ümumi bazara pandemiyanın mənfi təsirləti olsa da, onlayn satışlarımızda artım ili oldu. Ümumilikdə 2020-ci il sığorta bazarı üçün yeni münasibətlər və yeni çağırışlar ili oldu, biz də yeni çağırışlara cavab vermək üçün əzmlə çalışdıq.

Ötən il görüləcək işlərin hansıları bu ilə qalıb?

Mən hər zaman qeyd etmişəm ki, sığorta işində qarşılıqlı etibar və maarifləndirmə ön planda olmalıdır. Zamanla insanlarımızın sığorta şirkətlərinə inamı artsa da, maarifləndirmə işi o qədər də ürəkaçan deyil. Biz mütəxəssislər maarifləndirmə işində öz töhfəmizi verməliyik. Kasko.az olaraq bu il biz də əhalinin maarifləndirilməsi sahəsində lahiyələrimizi həyata keçirəcəyik. Bunun üçün biz bu il kasko.az Youtube kanalımızı istifadəyə verəcəyik. Bu bir sosial lahiyə olacaq və sığorta növləri və məhsulları barədə ətraflı videomateriallar hazırlayacağıq. İnsanlarımızı düşündürən məsələlər barədə izahlar təqdim edəcəyik.

Sığorta bazarını necə dəyərləndirərdiniz?

Mən hesab edirəm ki, ölkəmizin sürətli iqtisadi inkişafına uyğun olaraq, sığorta bazarında maraqlı bir inkişaf yolu keçdi və bu tendensiya bu il də davam edəcək. Artıq sığorta şirkətləri ənənəvi idarəetmə və yanaşma metodlarına bir daha nəzər salmalı olacaqlar. Müasir zamanın çağırışlarına cavab verən şirkətlər daha da inkişaf edəcəklər. Əks halda isə öz yerlərini daha uğurlu şirkətlərə buraxacaqlar. Bu sahənin mütəxəssisi kimi deyə bilərəm ki, bu proses artıq başlayıb və uğurla davam edir.

2021-ci ildən gözləntiləriniz nədir?

Bütün sahələrdə olduğu kimi, sığorta sahəsində də onlayn satışların artacağını gözləyirik. Biz artıq uzun müddətdir ki, bu sahədə fəaliyyət göstərdiyimiz üçün zamanla bu artımın şahidi olurduq, amma pandemiya bu prosesi daha da sürətləndirdi. İcbari avtomobil sığortalarında və səfər sığortalarında olduğu kimi digər icbari və könüllü sığorta növləri üzrə də onlayn müqavilələrin bağlanmasını təmin etmək artıq bir zərurətdir.

Təkcə sığorta satışlarında deyil hadisələr zamanı da xidmətin düzgün təşkili əsas  msələlərdən biridir. Bu il ərzində bu sahədə də yeniliklərin olması və müştərilərin rahatlığının təmin olunması üçün addımların atılması vacibdir. Bəzən heç bir əsas olmadan sadə sənədləşmə işlərində insanların vaxt itirdiyinin şahidi oluruq ki, bu da öz növbəsində haqlı narazılıqlara səbəb olur. 2021-ci ildə bu məsələlərin köklü şəkildə həllini tapacağına ümid edirik.

Tuncay Türbəndəzadə